Alıcı maşına ilk baxışda qərar verir: parıldayan kuza, təmiz salon və səliqəli disklər maşını daha bahalı və baxımlı göstərir. Satışdan əvvəl kiçik investisiya həm satışı sürətləndirir, həm də bazarlıqda üstünlük verir.
1. Kuzanın polirovkası
Polirovka xırda cızıqları, hologramları və solğunluğu aradan qaldırır, rəngin dərinliyini qaytarır. Elan şəkillərində fərq dərhal görünür. PRO SERVICE-də detallı cilalama 200 AZN-dən başlayır.
2. Salonun kimyəvi təmizlənməsi
Ləkəli oturacaqlar və qoxu alıcını tez soyudur. Kimyəvi təmizlik oturacaqları, tavanı, xalçaları və plastik hissələri təzələyir – 150 AZN-dən.
3. Mühərrikxananın təmizlənməsi
Alıcılar mütləq kapotu açır. Təmiz mühərrikxana baxımlı maşın təəssüratı yaradır və sızmaların olmadığını göstərməyi asanlaşdırır.
4. Disklər
Qopmuş və cızılmış disklər maşını köhnə göstərir. 4 diskin rənglənməsi 150 AZN-dən, rəngləmə + yonma 190 AZN-dəndir.
5. Kiçik batıqlar
Kiçik batıqları boyasız (PDR) çıxarmaq zavod boyasını saxlayır – bu, alıcı üçün vacibdir. Qiymət 50 AZN-dən başlayır.
6. Sənədlər və servis tarixçəsi
Servis qəbzlərini, texniki baxış sənədlərini və ehtiyat açarı hazırlayın. PRO SERVICE müştəriləri şəxsi kabinetdə bütün sifariş tarixçəsini görə bilirlər.
Hamısı bir paketdə
Kompleks avtomobil baxım paketi (avtoyuma, salonun kimyəvi təmizlənməsi, mühərrikin təmizlənməsi, kuzanın 3 qat cilalanması) – 390 AZN. Onlayn qeydiyyatda paketi seçə bilərsiniz.
Tez-tez verilən suallar
Satışdan nə qədər əvvəl hazırlıq etmək lazımdır?
Elan şəkillərini çəkməzdən əvvəl – adətən hər şey 1 günə bitir.
Keramika etmək lazımdır?
Satış üçün polirovka adətən kifayətdir. Keramika maşını uzun müddət saxlamaq istəyənlər üçün daha sərfəlidir.
Hamısını eyni gündə etmək olar?
Bəli, kompleks paket bir gündə görülür. Dəqiq vaxtı qeydiyyatda usta deyir.