1. Ana səhifə
  2. Məsləhətlər
  3. Disklər nə vaxt rənglənməlidir? 5 əlamət və Bakıda qiymət

Disklər nə vaxt rənglənməlidir? 5 əlamət və Bakıda qiymət

· PRO SERVICE

Disklər avtomobilin ilk diqqət çəkən hissəsidir. Bakının yollarında duz, qum, bordür cızıqları və tormoz tozu onların görünüşünü tez korlayır. Bu yazıda disklərin nə vaxt rənglənməli olduğunu, prosesin necə getdiyini və qiyməti izah edirik.

Disklərin rənglənməsi lazım olduğunun 5 əlaməti

Rəngləmə necə aparılır?

Təkərlər çıxarılır, disklər köhnə örtükdən təmizlənir, cızıqlar və kiçik zədələr bərpa olunur. Sonra səth yağsızlaşdırılır, astar və seçdiyiniz rəng çəkilir, üstündən qoruyucu lak vurulur. Quruduqdan sonra təkərlər geyindirilir və balans edilir.

Düzgün hazırlıq olmadan çəkilən rəng bir neçə aydan sonra qopur – ona görə işin əsas hissəsi məhz hazırlıqdır.

Hansı rəngləri seçmək olar?

Ən çox seçilənlər: qara parlaq, qara mat, gümüşü, qrafit. İstəsəniz, maşının rənginə uyğun və ya kontrast rəng də seçmək olar. Rəngi onlayn qeydiyyatda qeyd edə bilərsiniz.

Qiymət və müddət

PRO SERVICE-də 4 diskin rənglənməsi 150 AZN-dən başlayır (rəngləmə + balans). Disklər həm rənglənib, həm də almaz yonma (diamond cut) ilə işlənəndə – 190 AZN-dən. Yekun qiymət diskin ölçüsündən və vəziyyətindən asılıdır, usta baxandan sonra dəqiqləşir.

Rənglənmiş diskə necə qulluq etməli?

Tez-tez verilən suallar

Disklərin rənglənməsi nə qədər çəkir?

Adətən iş 1 gün ərzində bitir. Dəqiq vaxtı qeydiyyat zamanı usta deyir.

Rəngi özüm seçə bilərəm?

Bəli. Qara parlaq, mat, gümüşü, qrafit və digər rənglər mümkündür.

Rəngləmədən sonra balans lazımdır?

Bəli, PRO SERVICE-də balans qiymətə daxildir.

Digər məqalələr