PPF (Paint Protection Film) – avtomobilin boyasının üstünə çəkilən şəffaf, elastik poliuretan plyonkadır. O, yolda sıçrayan daşlardan, xırda cızıqlardan, quş zibilindən və günəşdən boyanı qoruyur.
PPF nədən qoruyur?
- Trassada sıçrayan daş və qumdan yaranan çiplər.
- Açar, çanta, kol-kos cızıqları.
- Quş zibili, ağac qatranı, həşərat izləri.
- Günəş şüaları altında boyanın solması.
Keyfiyyətli plyonkanın üzərindəki xırda cızıqlar istilikdən özü "sağalır" (self-healing).
Hansı hissələrə çəkilir?
Ən çox zərbə alan hissələrə: ön bamper, kapot, faralar, qanadlar, güzgülər, qapı dəstəklərinin altı. Tam qoruma istəyənlər üçün bütün kuzaya çəkilir.
PPF, keramika, yoxsa polirovka?
Polirovka boyanı təzələyir, keramika ona parıltı və asan yuyulma verir, PPF isə fiziki qoruma yaradır. Ən etibarlı variant: polirovka → PPF zərbəyə məruz qalan hissələrə → keramika qalan hissələrə.
Qiymət
PRO SERVICE-də tam kuzanın PPF ilə örtülməsi 2500 AZN-dir. Ayrı-ayrı hissələrin qiyməti onların sayına və maşının ölçüsünə görə hesablanır – WhatsApp-a yazın və ya onlayn qeydiyyatdan keçin.
Tez-tez verilən suallar
PPF maşının rəngini dəyişir?
Xeyr, şəffaf plyonka rəngi dəyişmir və demək olar ki, görünmür.
PPF-i sonradan çıxarmaq olur?
Bəli, düzgün çəkilmiş keyfiyyətli plyonka zavod boyasına zərər vermədən çıxarılır.